...

Böyük Britaniyanın dünya şöhrətli qəzeti Azərbaycan üzrə xüsusi hesabat dərc edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2010 06:37 (UTC +04:00)
Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin yaydığı məlumata əsasən Böyük Britaniyanın The Times qəzetinin 21 oktyabr tarixli sayında Azərbaycan üzrə xüsusi hesabat dərc edib.
Böyük Britaniyanın dünya şöhrətli qəzeti Azərbaycan üzrə xüsusi hesabat dərc edib

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin yaydığı məlumata əsasən Böyük Britaniyanın The Times qəzetinin 21 oktyabr tarixli sayında Azərbaycan üzrə xüsusi hesabat dərc edib. The Times qəzetinin sifarişi əsasında Upper Reach media agentliyi tərəfindən hazırlanmış hesabatda Azərbaycanın beynəlxalq əlaqələri, iqtisadiyyatı, mədəniyyət və turizm sahəsinin inkişafına həsr edilmiş yazılar dərc edib.

Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin dinamik inkişafı vurğulanmaqla, hazırda 100-dən artıq Britaniya şirkətinin ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərdiyi, ölkədə xarici sərmayədarlar üçün yaradılmış münbit mühit nəticəsində Azərbaycanda çoxsaylı xarici şirkətlərin fəaliyyətindən bəhs olunur. Azərbaycanın regionda xarici sərmayədarlar üçün əsas ölkə olduğu, son onillikdə iqtisadiyyatın müxtəlif sahələrinə 25 milyard ABŞ dolları xarici sərmayənin yatırılmasının ölkədə yaradılmış əlverişli işgüzar mühitin bariz göstəricisi olduğu qeyd olunur.

Qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq, ölkə iqtisadiyyatının ötən ilin iqtisadi göstəricilərinə əsasən ümumi daxili məhsulun artım tempinə görə dünyada ilk yerlərdən birini tutduğu bildirilmiş, biznes mühitinin yaxşılaşdırılması sahəsində görülən tədbirlər nəticəsində 2009-2010-cu illərdə Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Hesabatında 18 pillə irəlilədiyi vurğulanıb.

Hesabatda həmçinin ölkə iqtisadiyyatında enerji sektorunun aparıcı yer tutmasına baxmayaraq, hazırda əsas prioritetin qeyri-neft sektorunun inkişafı olduğu və bu istiqamətdə turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, maliyyə bank sektorunun geniş potensiala malik olduğu vurğulanır. İqtisadiyyatın diversifikasiyasının davam etdirilməsinə yardım məqsədilə təsis edilmiş Azərbaycan İnvestisiya Şirkəti, Azpromo kimi qurumların fəaliyyətinə toxunulur.

Xüsusi hesabatda həmçinin Azərbaycanın geniş turizm potensialına malik olmasından, son zamanlar ölkəyə artan xarici turist axınından və turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunur. Mədəniyyətlərarası dialoqun genişləndirilməsi istiqamətində "Bakı prosesi"ndən bəhs olunur və müxtəlif sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın mədəniyyətlərarası dialoq prosesində özünəməxsus rol oynadığı bildirilir.

Hesabatda həmçinin ölkə iqtisadiyyatının tikinti, telekomunikasiya, otelçilik kimi sahələrində fəaliyyət göstərən tanınmış yerli şirkətlər haqda da məlumatlar əksini tapıb.

Xəbər lenti

Xəbər lenti