...

Azərbaycanın sığorta şirkətlərində rəhbər vəzifələrə namizədlər üçün imtahanın nəticələri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2010 19:59 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi sığorta şirkətlərində rəhbər vəzifələrə namizədlər üçün test imtahanını uğurla verənlərin siyahısını açıqlayıb.
Azərbaycanın sığorta şirkətlərində rəhbər vəzifələrə namizədlər üçün imtahanın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi sığorta şirkətlərində rəhbər vəzifələrə namizədlər üçün test imtahanını uğurla verənlərin siyahısını açıqlayıb. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 37.2.7-ci maddəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" Qaydalarına uyğun olaraq, 15 oktyabr 2010-cu il tarixdə sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin rəhbər vəzifələrinə namizədlər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər üçün test imtahanı keçirilib.

İmtahanda iştirak etmiş 17 nəfər rəhbər vəzifəyə namizəd olan şəxslərdən yuxarıda qeyd olunan qaydalara uyğun olaraq təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 11 iştirakçı, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən 19 nəfər, fiziki şəxslərdən isə 15 nəfər imtahandan müvəffəqiyyətlə keçib.

Rəhbər vəzifələrə namizədlərin siyahısı:

Soyadı, adı, atasının adı

Sığortaçının, təkrar sığortaçının və sığorta brokerinin adı

Təyinatı gözlənilən rəhbər vəzifələr

1.

Sultanov Azər Qəzənfər oğlu

"Azal Sığorta" ASC

Daxili audit xidmətinin rəhbəri

2.

Səlimov Dövlət Fərman oğlu

"Rəvan Sığorta" ASC

Təftiş komissiyasının üzvü

3.

Bağırov Kamran Oqtay oğlu

"Alfa Sığorta" ASC

İdarə Heyətinin üzvü

4.

Abbasova Günel Abbas qızı

"Paşa Sığorta" ASC

Daxili audit xidmətinin rəhbəri

5.

Əsədova Dilarə Rüfət qızı

"Paşa Sığorta" ASC

Aktuari

6.

Hüseynova Dilbər Cavanşir qızı

"Paşa Sığorta" ASC

Təftiş komissiyasının üzvü

7.

Əliyev Zaur Rafiq oğlu

"Paşa Sığorta" ASC

Təftiş komissiyasının üzvü

8.

Cabbarova Ülviyyə Kərim qızı

"Paşa Sığorta" ASC

Təftiş komissiyasının sədri

9.

İsmayılov Niyazi Rövşən oğlu

"Paşa Sığorta" ASC

İdarə Heyətinin üzvü

10.

Rüstəmov Mürsəl Sərdar oğlu

"Paşa Sığorta" ASC

İdarə Heyətinin üzvü

11.

Mərdənov Zülfi Adil oğlu

"AzSığorta" ASC

Təftiş komissiyasının üzvü

Müvafiq sığorta vasitəçiliyi sahəsində fəalliyyət lisenziyası almaq istəyən fiziki şəxslər Seyranov Nihad Seyran oğlu, Əsədova Məlahət Eldar qızı, Teymurov Məlik Nuru oğlu, Abdullayev Anar Fazil oğlu, Cəbrayılov Sənan Mikayıl oğlu, Babayeva Nüşabə Qurban qızı, Deystani İlqar Hafiz oğlu, Sadıxzadə Rəxşəndə Namiq qızı, Məmmədov Pərvin Seyidəli qızı, Fətəhova Albina Velimetovna, Hacıyeva Tamilla Cəlal qızı, Hacıyeva Nailə Cəlal qızı, İsgəndərov Etibar İsgəndər oğlu, İsayev Ömərxan Aydın oğlu, Məmmədov Elnur Adil oğlu imtahana buraxılıblar.

Xəbər lenti

Xəbər lenti