...

Azərbaycan Dövlət Dəniz Administrasiyası azərbaycanlı balıqçıları xilas edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2010 16:23 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası (ARDDA) iki azərbaycanlı balıqçının xilas edilməsi üzrə əməliyyat keçirib. Motorsuz rezin qayıq küləyin istiqamətini dəyişməsi nəticəsində sahildən uzaqlaşaraq Xəzər dənizinin dərinliyinə doğru hərəkət edib.
Azərbaycan Dövlət Dəniz Administrasiyası azərbaycanlı balıqçıları xilas edib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası (ARDDA) iki azərbaycanlı balıqçının xilas edilməsi üzrə əməliyyat keçirib. Motorsuz rezin qayıq küləyin istiqamətini dəyişməsi nəticəsində sahildən uzaqlaşaraq Xəzər dənizinin dərinliyinə doğru hərəkət edib. Bu barədə administrasiyanın cümə günü yaydığı məlumatda bildirilir.

Məlumatda deyildiyi kimi, Arif Bağırov və Rəşad Həmidovun içərisində olduğu qayıq administrasiyanın balansında olan sürət qayığı vasitəsilə sahilə çatdırılıb.

Cümə günü ARDDA-nın dəniz təhlükəsizliyi müfəttişləri ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyi qaydalarına nəzarəti təmin etmək məqsədilə keçirilən növbəti reyd zamanı səmtini dəyişən küləyin Yupiter bankəsinə tərəf apardığı qayığı aşkar ediblər. Suda batmaq təhlükəsi ilə üzləşən balıqçılar kömək üçün özləri müraciət ediblər.

Xəbər lenti

Xəbər lenti