...

Azərbaycanda saxta polietilen torbaların satışı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2010 15:37 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 203 ünvanında aparılan yoxlama zamanı "Reyhaneh", "Sun shine", "Parsa", "Rozhina", "Pilgoon" adlı 389 kq polietilen torbaların uyğunluq və gigiyenik sertifikatlarının, müşayiətedici sənədlərinin olmadığı aşkar edilib.
Azərbaycanda saxta polietilen torbaların satışı dayandırılıb

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 203 ünvanında aparılan yoxlama zamanı "Reyhaneh", "Sun shine", "Parsa", "Rozhina", "Pilgoon" adlı 389 kq polietilen torbaların uyğunluq və gigiyenik sertifikatlarının, müşayiətedici sənədlərinin olmadığı aşkar edilib. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.

Həmin paketlərdə üzərində İranda istehsal edildiyi göstərilmiş 1 paketin içində 100 ədəd torbanın olmasının göstərildiyi halda, buradakı polietilen torbaların sayının 40-80 ədəd olduğu, 1082 kq polietilen torbaların isə uyğunluq sertifikatının olmadığı müəyyən edilib.

Dövlət Xidməti tərəfindən mənşəyi bəlli olmayan 389 kq polietilen torbanın məhv edilməsi, uyğunluq sertifikatı olmayan 1082 kq polietilen torbanın isə satışının dayandırılması barədə göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti