...

Azərbaycan bankı "Bank of Baku" yeni YES! kampaniyasına start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2010 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

"Bank of Baku" YES! (Young Executives and Specialists) adlı kredit kampaniyasına start verir. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.

Kampaniya çərçivəsində gənc menecer və mütəxəssislərə güzəştli şərtlərlə bərpa olunan kredit xəttinin ayrılması nəzərdə tutulur.

Kampaniyanın şərtləri:

· kreditin müddəti - 18 ay (ilk 12 ay ərzində bərpa olunan kredit xətti)

· kreditin məbləği - maks. 3500 AZN

· kredit üzrə faiz dərəcəsi - illik 28% (aşağıda kredit üzrə hesablaşmanın nümunəsi göstərilib)

· ərizəçinin yaşı - min. 20, maks. 35

· ərizəçinin son iş yerində stajı - min. 6 ay

· tələb olunan sənədlər - şəxsiyyət vəsiqəsi və iş yerindən arayış

Kampaniyanın üstünlükləri:

1. Müştərinin istəyindən asılı olaraq kredit müddətinin birinci dövründə, yəni 12 ay ərzində, yalnız faizləri ödəmək imkanı.

2. İlk 12 ay ərzində heç bir gecikmənin olmadığı təyin edildikdə və 12 ayın sonunda ayrılmış kredit üzrə əsas borc və faiz borcu müştəri tərəfindən tam ödənilmiş olduğu halda, ödənilmiş faizlərin cəmi məbləğinin 15%-i həcmində vəsait müştəriyə hədiyyə olaraq geri qaytarılacaq.

Kredit üzrə hesablaşmanın nümunəsi:

Məs: Siz Bank of Baku-dan 12 ay müddətinə illik 28%-lə 1000 AZN bərpa olunan kredit xətti almısınız.

Hər ay yalnız faizləri vaxtında ödəsəniz və 12 ayın tamamında yaranmış tam borcunuzu bağlasanız, 12 ay ərzində ödədiyiniz faizlərin məbləği cəmi 1000AZNx28% = 280 AZN təşkil edəcək. Bank ödənilmiş faiz məbləğlərinin 15%-i həcmində vəsaiti müştəriyə hədiyyə olaraq qaytardığı halda, müştəri 238 AZN ödəyir: 280 AZN - (280 AZN x 15% bank mükafatı) = 280 AZN (faiz məbləği) - 42 AZN (bank mükafatı) = 238 AZN və ya 238 AZN / 1000 AZN = 23.8% ödəyir.

Aylıq ödənişlər bərabər hissələr ilə reallaşdığı halda isə müştəri 12 ayın sonunda cəmi 13,4% faiz məbləği ödəmiş olur.

YES! kampaniyası çərçivəsində kredit xəttindən yalnız yaşı 20-dən 35-dək olan və http://www.bankofbaku.com/az/young-executives-and-specialists.html ünvanında adları siyahıda qeyd olunan şirkətlərin işçiləri faydalana bilərlər. Kampaniya üzrə kredit xətti üçün "Bank of Baku"nun Azərbaycan pr., 3 ünvanında yerləşən "Mərkəz" filialına müraciət edilə bilər. YES! kampaniyasından faydalanmaq üçün eyni zamanda bankın internet səhifəsindəki xüsusi müraciət formasından da istifadə etmək mümkündür.

"Bank of Baku"nun əhali üçün təklif etdiyi kampaniyalar haqqında daha ətraflı bankın www.bankofbaku.com internet səhifəsində və ya Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə öyrənmək olar.

Xəbər lenti

Xəbər lenti