...

Azərbaycan bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi üzrə məsləhətçilərlə müqavilələr imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2010 19:59 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin ölkədə "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi çərçivəsində seçdiyi məsləhətçi şirkətlər artıq fəaliyyətə başlayıblar.
Azərbaycan bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi üzrə məsləhətçilərlə müqavilələr imzalayıb

Azərbaycan, Bakı 12 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin ölkədə "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi çərçivəsində seçdiyi məsləhətçi şirkətlər artıq fəaliyyətə başlayıblar. Bu barədə cümə günü nazirlikdən məlumat verilib.

Strateji və sektorun yenidən qurulması üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üçün Türkiyənin "Ecodenge" şirkəti ilə müqavilə imzalanıb. Bu xidmətlərə əsasən, Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyasının və "Təmiz Şəhər" ASC üçün strateji yenidənqurma planının hazırlanması nəzərdə tutulur. Bundan başqa, əhali sayının proqnozlaşdırılması, mövcud tullantı idarəçiliyi sistemi, tullantıların tərkibinin tədqiqi, institusional və maliyyə analizi, tariflərin öyrənilməsi və hüquqi aspektlər üzrə analitik təhlillərin aparılması planlaşdırılır.

Balaxanı poliqonu daxil olmaqla, tullantı poliqonlarının bərpası və ya bağlanması üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üçün Yunanıstanın "Harress Pikel Consult AG" şirkəti ilə imzalanmış müqaviləyə əsasən, Balaxanı tullantı poliqonu daxil olmaqla Bakı şəhəri ərazisində yerləşən tullantı poliqonlarının bərpası və ya bağlanması layihəsini həyata keçirməklə Bakı şəhəri ərazisində tullantıların idarə edilməsi sisteminin təkmilləşdirilməsi və bərk məişət tullantılarının ətraf mühitə zərərli təsirinin azaldılması nəzərdə tutulur.

Bundan başqa, Balaxanı tullantı poliqonu daxil olmaqla Bakı şəhərində yerləşən tullantı poliqonlarının bərpası və ya bağlanması nəticəsində ətraf mühitə ekoloji təsirin qiymətləndirilməsi üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üçün Azərbaycanın "ACEP" şirkəti ilə müqavilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti