...

Daşkəsən rayonunda ət emalı üzrə yeni müəssisə istismara verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2010 20:21 (UTC +04:00)
Cümə günü Daşkəsən rayonunda əsas hissəsi İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına inşa olunmuş "Elba" MMC-yə məxsus ət emalı müəssisəsi fəaliyyətə başlayıb.
Daşkəsən rayonunda ət emalı üzrə yeni müəssisə istismara verilib

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir A.Axundov/

Cümə günü Daşkəsən rayonunda əsas hissəsi İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına inşa olunmuş "Elba" MMC-yə məxsus ət emalı müəssisəsi fəaliyyətə başlayıb. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Müəssisə müasir texnologiyaya əsaslanan, Almaniyanın "Banth", "Bither" və "Seracold" şirkətlərinin istehsalı olan avadanlıqlarla təchiz edilib. İstehsal edilən məhsulların saxlanması məqsədilə müəssisənin yaxınlığında tikilmiş tutumu 1000 ton olan soyuducu anbar kompleksi də istifadəyə verilib.

Ət emalı müəssisəsində bir iş növbəsi ərzində 65-70 baş iribuynuzlu, yaxud 150 baş xırdabuynuzlu heyvanların kəsilməsi, soyulması, təmizlənməsi, hissələrə ayrılması və emal bölməsinə daşınması, sifarişdən asılı olaraq ət məhsullarının müxtəlif ölçülərdə və çeşidlərdə qablaşdırılması, saxlamaya göndərilməsi və digər proseslər tam avtomatlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti