...

2011-12-ci illərdə Türkiyədə ÜDM-un artım tempi azalacaq - OECD

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2010 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Ə.Yusifzadə/

2010-cu ilin yekunları üzrə Türkiyədə ÜDM-un artım tempi səkkiz faiz artıb. Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) oktyabr ayı üzrə təşkilatın saytında dərc olunmuş Economic Outlook 88 Country Summary hesabatında deyilir.

"Türkiyədə 2009-cu ilin ikinci rübündən başlayan iqtisadiyyatın böhrandan sonrakı bərpası 2010-cu il ərzində də davam edəcək", - təşkilatın ekspertləri hesab edirlər.

Proqnozlara görə, 2011-12-ci illərdə Türkiyədə ÜDM-un artım tempi beş faizdən yuxarı səviyyədə olacağəı gözlənilir.

Hesabat müəllifləri ÜDM-un artım templərinin azalmasını onunla izah edirlər ki, böhrandan sonra ixrac, tələbat və investgisiyalar azalacaq.

2007-ci ildə mal və xidmətlərin ixracı 188,2 milyard dollar, 2008-ci ildə 2,7 faiz təşkil edib, 2009-cu ildə 5,3 faiz azalıb. 2010-cu ildə ixracın 7,1 faiz, 2011-ci ildə 5,8 faiz, 2012-ci ildə 8,2 faiz artacağı gözlənilir. 2007-ci ildə mal və xidmətlərin idxalı 231,7 milyard dollar təşkil edib, 2008-ci ildə 4,1 faiz, 2009-cu ildə 14,3 faiz, azalıb, 2010-cu ildə isə 14,1 faiz, 2011-ci ildə 11,5 faiz, 2012-ci ildə 12,9 faiz artım proqnozlaşdırılır.

2009-cu ildə işsizlik əmək qabiliyyətli əhalinin 13,7 faizini təşkil edib, 2010-cu ildə 12 faiz, 2011-ci ildə 11,7 faiz, 2012-ci ildə 11 faiz səviyyəsində proqnozlaşdırılır.

OECD-in məlumatına görə, 2030-cu ilədək Türkiyə əhalisi 2008-ci ildəki 75 milyon nəfərdən 90,806 milyon nəfərədək artacaq. Hesabata görə, gənclərin sayı bəndi üzrə (15 yaşdan aşağı) azalma 2008-ci ildəki 27,5 milyon nəfərdən 2030-cu ildə 21,12 milyon nəfərə çatacaq.
2030-cu ildə yaşlı əhalinin sayı (65 yaş və ondan yuxarı) 2008-ci ildəki 6,12 milyon nəfərdən 10,45 milyon nəfərədək artacaq.

OECD-in proqnozlarına görə, yaxın iki il ərzində OECD ölkələrində iqtgisadi aktivlik tədricən artacaq, lakin bərpa qeyri-bərabər olacaq və işsizlik dəyişməz yüksək olaraq qalacaq.
OECD ölkələrində ÜDM artım templəri, proqnozlara görə, 2011-ci ildə 2,3 faiz və 2012-ci ildə 2,8 faiz olacaq. Avropa zonasında ÜDM artım templəri 2011-ci ildə 1,7 faiz və 2012-ci ildə iki faiz səviyyəsində olacaq.

Hesabat müəllifləri hesab edirlər ki, 2011 və 2012-ci illərdə inkişaf etməkdə olan bazarlar OECD-ə daxil olan ölkələr nisbətən daha sürətli templərlə inkişaf edəcəklər və qlobal ticarətin artımının illik olaraq səkkiz faizdən çox artmasına kömək edəcəklər.
OECD öz hesabatında ölkələrə uzunmüddətli artım üçün şəraiti təmin etmək məqsədilə makroiqtisadi və struktur siyasətlərini əlaqələndirməyi tövsiyə edir. Büdcələrin birləşdirilməsi maliyyə siyasətini gələcək fəaliyyəti üçün yeri azad etməklə dövlət büdcəsi kəsirlərinin və bircun azalması üçün vacibdir. Ölkələr artım və məşğulluğun gücləndirilməsi, eləcə də büdcənin və daxili balansın birləşdirilməsinə öz töhfəsini vermək üçün struktur islahatglar aparmaları vacibdir. Pul-kredit siyasəti tədricən daha normal mövqelərə qayıtmalıdır.
OECD-ə 33 ölkə daxildir: Avstraliya, Abstriya, Belçika, Kanada, Çili, Çexiya Respublikası, Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtgaliya, Yhaponijya, Cənubi Koreya, Lüksemburq, Meksika, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portguqaliya, Clovakiya Respublikası, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Böyük Britaniya və ABŞ.

Bu ölkələrdən iyirmisi OECD-in yaradılması haqda konvensiya imzalananda, yəni 1960-cı il dekabrın 14-də təşkilata üzv olublar.


Xəbər lenti

Xəbər lenti