...

Azərbaycan bankı "KredoBank" nizamnamə kapitalını 2,5 milyon manat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2010 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "KredoBank" Açıq Səhmdar Cəmiyyətinin 2,5 milyon manat məbləğində adi sənədli adlı səhmlərinin emissiyalar prospektini qeydiyyata alıb. Bu barədə komitənin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 10000 manat olan 250 ədəd səhm buraxılıb. Emissiya açıq yerləşdirmə üsulu həyata keçiriləcək.

Bu günə bankın ödənilən kapitalı 13 milyon manat təşkil edir.

Bank 1994-cü ildə "Anar" kommersiya bankı adı ilə yaradılıb. Bu günə bankın 14 filialı var. Onların 6-sı Bakıda, digərləri Gəncə, Quba, Masallı, Göyçay, İsmayıllı, Füzuli, İmişli və Xaçmaz şəhərlərindədir. Bankın 20 valyutadəyişmə məntəqəsi də var.

Xəbər lenti

Xəbər lenti