...

Yanvar-oktyabr aylarında Azərbaycanda satışdan 1292,5 ton keyfiyyətsiz ərzaq məhsulları çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2010 19:54 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1292,5 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb.
Yanvar-oktyabr aylarında Azərbaycanda satışdan 1292,5 ton keyfiyyətsiz ərzaq məhsulları çıxarılıb

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir A.Axundov/

2010-cu ilin yanvar-oktyabr aylarında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1292,5 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb. Bu barədə çərşənbə axşamı Xırdalanda "İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri" mövzusunda konfransda dövlət xidmətinin rəhbəri Zahid İsayev deyib.

"Bu məhsulların 284,8 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 614,9 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb, 359,5 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan olunub, 3 tonu ilə bağlı isə araşdırmalar davam etdirilir", - İsayev bildirib.

Onun sözlərinə görə, bu dövrdə yuxarıda qeyd edilən səbəblərdən 376,5 ton qeyri-ərzaq malları satışdan çıxarılıb, bu malların 142,8 tonu məhv edilib, 223,8 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılıb, 9,9 tonu ilə bağlı araşdırmalar aparılır.

"Qüvvədə olan qanunvericilik istehlakçıların hüquqlarının qorunması ilə bağlı sahibkarların üzərinə böyük vəzifələr düşür, lakin dövlət xidmətinin monitorinqləri göstərir ki, bir sıra sahibkarlar istehlakçıların hüquqlarını pozmaqda davam edirlər, bununla əlaqədar nazirlik istehsalçılar arasında da maaarifləndirmə tədbirlərini keçirir", - İsayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, dövlət xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 1436 qərar qəbul olunub və inzibati xətaya yol vermiş şəxslər 2 milyon manatdan çox cərimə edilib.

"2009-cu ildə sahibkarlara qarşı inzibati cərimələrin məbləği artırılıb, bu isə pozuntuların qarşısının alınmasında böyük rol oynayıb", - İsayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti