...

Bakı-İstanbul aviareysi gecikəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2010 19:02 (UTC +04:00)
"Türk Hava Yolları" aviaşirkətinin Bakı-İstanbul aviareysi bu gün 14 saatdan çox gecikmə ilə həyata keçiriləcək.
Bakı-İstanbul aviareysi gecikəcək

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.İsmayılov/

"Türk Hava Yolları" aviaşirkətinin Bakı-İstanbul aviareysi bu gün 14 saatdan çox gecikmə ilə həyata keçiriləcək. Bu barədə çərşənbə axşamı Heydər Əliyev adına Beynəlxalq hava limanından bildiriblər.

Bu gün saat 05:25-də yerinə yetirilməli olan TK 339 aviareysi saat 20:00-da yerinə yetiriləcək. Reysin yubanması texniki problemlərlə bağlıdır.

"Yubadılan reysin sərnişinləri İstanbuldan Bakı vaxtı ilə saat 18:30-da gələcək təyyarə ilə yola salınacaqlar. Hava gəmisi Bakıdan saat 20:00-da qalxacaq", - mənbə bildirib.

Aviareys A321-200 markalı təyyarə ilə həyata keçirilməli idi.

Xəbər lenti

Xəbər lenti