...

Moody`s Azərbaycan bankı "Bank of Baku"ya B2/NP/E+ səviyyəsində reytinq verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2010 14:33 (UTC +04:00)
"Bank of Baku" ASC-yə Moody's Investors Service Beynəlxalq reytinq agentliyi tərəfindən E+ maliyyə sabitliyi reytinqi, milli və xarici valyutada olan depozitlərin B2 uzunmüddətli depozit reytinqi və Not Prime qısa müddətli depozit reytinqi verilib. Bütünreytinqlərə "stabil" proqnoz verilib.
Moody`s Azərbaycan bankı "Bank of Baku"ya B2/NP/E+ səviyyəsində reytinq verib

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

"Bank of Baku" ASC-yə Moody's Investors Service Beynəlxalq reytinq agentliyi tərəfindən E+ maliyyə sabitliyi reytinqi, milli və xarici valyutada olan depozitlərin B2 uzunmüddətli depozit reytinqi və Not Prime qısa müddətli depozit reytinqi verilib. Bütün reytinqlərə "stabil" proqnoz verilib.

Qeyd edək ki, bu, Moody's tərəfindən "Bank of Baku"ya verilən ilk qiymətdir və bu hadisə bankı yüksək və sabit maliyyə göstəriciləri ilə təmin edən uğurlu bank siyasətinin sübutudur.

Moody's agentliyinin rəyində bildirilir ki, "Bank of Baku"nun reytinqlərinə kredit portfelinin yüksək göstəriciləri, maliyyə sabitliyi, o cümlədən aktivlərin keyfiyyəti, likvidlik, mənfəət, həmçinin bankın kapitallaşmasının yüksək səviyyəsi müsbət təsir göstərir. Moody's agentliyinin proqnozuna əsasən, yaxşı maliyyə göstəriciləri ilə yanaşı bankın ümumi inkişafı da reytinqlərə müsbət təsir göstərə bilər.

"Bank of Baku"ya reytinqlərin verilməsində əsas metodologiyalar aşağıdakılardir: "Bankların maliyyə sabitliyi reytinqləri: qlobal şkala üzrə reytinqlərin verilməsi" ("Bank Financial Strength Ratings: Global Methodology"), fevral, 2007-ci il, və "Birgə defolt ehtimalının analizinin bank reytinqlərinin verilmə metodologiyasına daxil edilməsi: düzəldilmiş metodologiya" ("Incorporation of Joint-Default Analysis into Moody's Bank Ratings: A Refined Methodology"), mart, 2007-ci il (metodologiyalar agentliyin www.moodys.com saytında təqdim olunub).

Beynəlxalq maliyyə hesabatının standartlarına əsasən 2009-cu ilin sonuna "Bank of Baku"nun aktivləri $227,6 mln, məcmu səhmdar kapitalı - $40,9 mln, xalis mənfəəti isə $7,6 mln təşkil edir. Bununla yanaşı, keçən ilin göstəriciləri ilə müqayisədə 2010-cu ilin ilk 9 ayı ərzində bank əsas maliyyə göstəricilərində yüksək artım nümayiş etdirdi. Qeyd edək ki, "Fineko" İnformasiya-analitik agentliyinin statistikasına istinadən, 2010-cu ilin 1 oktyabr tarixinə olan məlumata əsasən "Bank of Baku" ROE (vergi çıxıldıqdan sonra xalis mənfəət/həmin dövr ərzində məcmu kapitalın orta qalığı) göstəricisinə görə liderdir.

Qeyd edək ki, 16 il ərzində uğurla fəaliyyət göstərən "Bank of Baku" Azərbaycan bank bazarının riteyl seqmentində aparıcı mövqe tutur. Bu gün Bank of Baku-nun 15 filialı və bir elektron şöbəsi əhaliyə peşəkar bank xidmətlərini təqdim edir. 2010-cu ilin üçüncü rübünün nəticələrinə görə "Bank of Baku"nun müştərilərinin sayı 180 mini keçib. "Bank of Baku"nun fəaliyyəti haqqında daha ətraflı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə və ya /www.bankofbaku.com/ internet səhifəsində öyrənmək olar.

Xəbər lenti

Xəbər lenti