Azərbaycan, Bakı, 7 dekabr /Trend/
Azərbaycan Mərkəzi Bankı öz əməkdaşlarının könüllü tibbi sığortalanması üçün "AtaSigorta" şirkəti ilə müqavilə imzalayıb. Bu barədə AMB-dən məlumat verilib.
2010-cu ilin aprelində tibbi sığorta üzrə "AtaSiğorta"nın birinci ixtisaslaşmış filialı açılıb.
Yaxın gələcəkdə şirkət sığorta bazarı üçün tibbi sığorta üzrə yeni fərdi proqramlar təqdim etməyi planlaşdırır. "AtaSigorta" ASC-nin təsis olunduğu gündən bəri tibbi sığortanın bu növünü təkmilləşdirmək üzrə işlər aparılır. "Mərkəzi" adlı yeni filial "AtaSigorta" rəhbərliyinin qəbul etdiyi sığortanın bu növünün genişləndırılməsi barədə qərarından sonra fəaliyyətə başlayıb.
"AtaSigorta" şirkəti 2004-cü ildən sığorta bazarında 22 könüllü və beş məcburi sığorta növü üzrə fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 4,8 milyon manat təşkil edir.
10 ay ərzində şirkətin ümumi gəlirləri 4,39 milyon manat, ümumi xərcləri 3,67 milyon manat təşkil edib, nəticədə balans gəliri 0,72 milyon manat məbləğində müyyən olunub.
Yanvar-oktyabr aylarında Azərbaycanın "AtaSigorta" şirkəti tərəfindən 3,19 milyon manat məbləğində sığorta haqqı toplanıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20,6 faiz çoxdur. Bu barədə şirkətdən məlumat verilib.
Bu dövr ərzində sığorta ödəmələri 0,51 milyon manat məbləğində olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 24,4 faiz azdır.
Şirkət "Ataholding" şirkətlər qrupuna daxildir.