...

Azərbaycanda təxminən 2,5 ton qida üçün yararsız ət aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2010 19:27 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Nəsimi rayonunda aparılan monitorinq zamanı 2456 kq qaralma və qeyri-spesifik qoxu verən ət aşkar edib. Ətin nümunələri götürülərək laborator müayinəyə göndərilib. Bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycanda təxminən 2,5 ton qida üçün yararsız ət aşkar edilib

Azərbaycan, Bakı, 8 dekabr/Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Nəsimi rayonunda aparılan monitorinq zamanı 2456 kq qaralma və qeyri-spesifik qoxu verən ət aşkar edib. Ətin nümunələri götürülərək laborator müayinəyə göndərilib. Bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Respublika Baytarlıq Laboratoriyasında aparılmış müayinə zamanı nümunələrin birində bakterioloji çirklənmə, eyni zamanda bütün nümunələrin qida üçün yararsız olması, ətin xəstə və ya öləndən sonra kəsilmiş heyvan əti və baytar-sanitariya cəhətdən qida üçün yararsız olduğu müəyyən edilib.

Bununla əlaqədar, həmin ətin vəhşi heyvanların yemlənməsinə yönəldilməsi barədə qərar qəbul edilib və bu qərara uyğun olaraq, insan qidası üçün yararsız olan 2456 kq ət qanuna müvafiq qaydada heyvanxanaya verilib.

Xəbər lenti

Xəbər lenti