...

Riyaziyyat müəlliməsi "Bank of Baku"nun dördüncü nümunəvi müştərisi olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2010 18:42 (UTC +04:00)
Azərbaycanda "Bank of Baku" "Nümunəvi müştəri" adlı dördüncü həvəsləndirici oyun kampaniyası keçirib.
Riyaziyyat müəlliməsi "Bank of Baku"nun dördüncü nümunəvi müştərisi olub

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Azərbaycanda "Bank of Baku" "Nümunəvi müştəri" adlı dördüncü həvəsləndirici oyun kampaniyası keçirib. Bu barədə cümə günü bankdan məlumat verilib.

Oyunda tiraj komissiyasının üzvləri və bank nümayəndələri arasında müştərilərin fəal istehlakçı krediti və müsbət kredit tarixinə malik 57 100 xüsusi identifikasiya kodları iştirak edib.

Oyunun qalibləri "Bank of Baku"dan 1000 manat udan Saray qəsəbəsinin 1 saylı orta məktəbinin riyaziyyat müəlliməsi Dürdanə Novruzova olub.

Əsas qaliblə yanaşı, bankın daha beş müştəri-qalibi də müəyyən olunub, onlardan hər biri 200 manat udub: Nəbiyeva S.X, Vəliyev Q.M, Mirzəfərov T.M, Məmmədova B.Y, Məmmədov Ş.M.

"Nümunəvi müştəri" kampaniyası 2010-cu il avqustun 5-dən 2011-ci il avqustun 5-nə qədər keçirilir. Oyunlar hər ayın birinci həftəsinin sonuncu iş günü keçirilir. Kampaniya kreditlə ödənişlərin vaxtında ödənilməsi üçün borcluların həvəsləndirilməsinə yönəldilib.

Kampaniyanın ümumi mükafat fondu 24 min manat təşkil edir. "Bank of Baku"un kampaniyaları haqqında daha ətraflı məlumatı 145 nömrəli məlumat mərkəzi və yaxud bankın /www.bankofbaku.com/ saytından almaq olar.

Dekabrın 10-na olan rəsmi məzənnə 0,7990 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti