...

"Bank of Baku" "Tibb krediti" xüsusi məhsulunu təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2010 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

"Bank of Baku" xüsusi məhsulunu - "Tibb krediti"ni təqdim edir. Kreditin məqsədi əhalinin bütün təbəqələrinə həyatın ən çətin anlarında dəstək olmaqdır.

"Bank of Baku" əhaliyə bank vasitəsilə tibb əməliyyatlarının yeni və rahat ödəniş xidmətindən istifadə etməyi təklif edir. Belə bir vəziyyətdə vaxtın qiymətsiz olduğunu nəzərə alaraq, bank müştərilərə qısa bir müddətdə müalicə üçün krediti alaraq tibbi xərcləri düşünməmək imkanını yaradır.

Tibbi xidmət üçün krediti 3-24 ay müddətinə almaq olar, kreditin maksimal məbləği 2000 manatdır. Krediti rəsmiləşdirmək üçün müştəri şəxsiyyət vəsiqəsini, iş yerindən arayışı və müvafiq səhiyyə müəssisəsindən arayışı təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti