...

2010-cu ildə Azərbaycanda vergi qanunvericiliyinin pozulması faktı üzrə 530-dan çox cinayət işi qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2011 19:40 (UTC +04:00)
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2010-cu il ərzində vergiləri ödəməkdən yayınmaya, qanunsuz sahibkarlığa və digər pozuntulara görə fiziki və hüquqi şəxslərə qarşı 538 cinayət işi qaldırıb.
2010-cu ildə Azərbaycanda vergi qanunvericiliyinin pozulması faktı üzrə 530-dan çox cinayət işi qaldırılıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2010-cu il ərzində vergiləri ödəməkdən yayınmaya, qanunsuz sahibkarlığa və digər pozuntulara görə fiziki və hüquqi şəxslərə qarşı 538 cinayət işi qaldırıb. Bu barədə bazar ertəsi nazirliyin məlumatında deyilir.

163 iş üzrə ibtidai istintaq tamamlanıb. Vergiləri ödəməkdən yayınmaya görə 30 iş, qanunsuz sahibkarlığa görə 7 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 6 iş, dələduzluq yolu ilə özgə əmlakını ələ keçirməyə görə 1 iş və dövlət sərhədini qanunsuz olaraq keçməyə görə 1 iş baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib. 48 şəxsə qarşı ümumilikdə 45 cinayət işi baxılmaq üçün məhkəmə instansiyalarına göndərilib.

İlkin istintaq zamanı bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 87 cinayət işinə xitam verilib, 11 milyon 375 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Dövlət büdcəsinə 11,375 milyon manat ödəniş təmin olunub.

Yanvarın 10-na olan rəsmi məzənnə 0,7976 AZN/USD təşkil  edir.

Xəbər lenti

Xəbər lenti