...

"Baku White City" layihəsi Riqada təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2011 18:49 (UTC +04:00)
Yanvarın 16-18-də Riqada "Radisson" mehmanxanasında "Bakı Ağ Şəhər" layihəsinin təqdim olunduğu Azərbaycan-Latviya biznes forumu keçirilib.
"Baku White City" layihəsi Riqada təqdim olunub

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Yanvarın 16-18-də Riqada "Radisson" mehmanxanasında "Bakı Ağ Şəhər" layihəsinin təqdim olunduğu Azərbaycan-Latviya biznes forumu keçirilib.

Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin inkişafı üzrə məsələlərin müzakirə olunduğu biznes forumu Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri çərçivəsində təşkil olunub.

Latviyalı və azərbaycanlı iş adamlarına "Bakı Ağ Şəhər" layihəsi haqqında məlumat verilib ki, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı, "Atkins", "Foster+Partners" (Böyük Britaniya) və "F+A Architects" (ABŞ) kimi dünya şöhrətli şirkətlərin iştirakı ilə hazırlanmış "Baku White City" layihəsi paytaxtın mərkəzinin daha da genişlənməsinə və Bakı bulvarının əhəmiyyətli dərəcədə uzanmasına kömək edəcək.

Layihə barədə animasiya filminin nümayiş olunduğu təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

"2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı" haqqında Azərbaycan Prezidenti İlham Əliyevin fərmanının icrası çərçivəsində həyata keçirilən "Bakı Ağ Şəhər" şəhərsalma layihəsi paytaxtın yeni, müasir mərkəzinin yaradılmasını, həmçinin, yeni tipli şəhər infrastrukturunun inkişafını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti