...

Azərbaycanın kənd təsərrüfatı naziri beynəlxalq "Yaşıl həftə 2011" sərgisində iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2011 18:58 (UTC +04:00)
Nazir İsmət Abasovun başçılığı ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti "Yaşıl həftə - 2011" ("Green Week 2011") beynəlxalq sərgisi çərçivəsində beynəlxalq səviyyədə görüşlər keçirəcək.
Azərbaycanın kənd təsərrüfatı naziri beynəlxalq "Yaşıl həftə 2011" sərgisində iştirak edir

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Ü.İsmayılova/

Nazir İsmət Abasovun başçılığı ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti "Yaşıl həftə - 2011" ("Green Week 2011") beynəlxalq sərgisi çərçivəsində beynəlxalq səviyyədə görüşlər keçirəcək. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda bildirilir.

"Tədbir zamanı kənd təsərrüfatı nazirləri səviyyəsində görüşlər də keçiriləcək", - nazirliyin məlumatında deyilir.

Sərgidə ölkənin təqdimatı keçiriləcək, pavilyonla tanışlıq olacaq.

Berlində yanvarın 20-dən 26-dək səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri sərgidə iştirak edir. Abasov forumda qlobal ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məsələləri ilə bağlı nitqlə çıxış edib.

Öz çıxışı zamanı nazir "2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" çərçivəsində nazirlik qarşısında qoyulmuş vəzifələrdən, kənd təsərrüfatı sahəsində həyata keçirilən dövlət proqramları və layihələr, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğından, eləcə də əldə olunan nailiyyətlər və dünyada ərzaq təhlükəsizliyi sahəsində baş verən proseslər haqqında danışıb. Tədbirdə ticarət və qlobal ərzaq təhlükəsizliyi məsələləri də müzakirə edilib.

Yanvarın 21-dən 30-dək Berlində "Yaşıl həftə - 2011" (" Green Week 2011") beynəlxalq sərgisi keçirilir. Sərginin işində Azərbaycan da iştirak edir.

Avropada ən böyük "Yaşıl həftə" beynəlxalq sərgisi 1926-cı ildən keçirilir. Sərgi çərçivəsində ərzaq malları və kənd təsərrüfatı məhsulları nümayiş edilir.

Azərbaycanı bu il sərgidə təxminən 40 şirkət dördüncü dəfədir ki təmsil edir. Tədbirdə İqtisadi İnkişaf, Kənd Təsərrüfatı nazirliklərinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri iştirak edirlər.

İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan pavilyonunda 124 kvadratmetr ərazidə (2010-cu ildə pavilyonun sahəsi 84 kvadratmetr təşkil edib) kənd təsərrüfatı sahəsində 500-dən çox müxtəlif ərzaq malları və məhsulları təqdim edilib. Bundan başqa, ziyarətçilərə və sərgi iştirakçılarına ölkə haqqında müxtəlif materiallar paylanılır.

Xəbər lenti

Xəbər lenti