...

Azərbaycanda energetika sahəsində iki dövlət standartı təsdiq olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2011 17:50 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi izolyasiya kabeli sahəsində iki dövlət standartını təsdiq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycanda energetika sahəsində iki dövlət standartı təsdiq olunub

Azərbaycan, Bakı, 26 yanvar /Trend,müxbir Ü.İsmayılova/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi izolyasiya kabeli sahəsində iki dövlət standartını təsdiq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsi növbəti standartları təsdiq edib - AZS ГОСТ Р 52373-2011 "Yerüstü elektrik xətləri üçün qorunan və izolyasiya edilmiş naqillər. Ümumi texniki şərtlər" və AZS 463-2011 "Orta gərginlik çarpaz bağlı polietilen (XLPE) izolyasiyalı enerji kabelləri. Texniki şərtlər".

Yeni dövlət standartları 2011-ci il fevralın 1-dən qüvvəyə minəcək.

Xəbər lenti

Xəbər lenti