Azərbaycan, Bakı, 1 fevral / Trend, müxbir Ü.İsmayılova/
Bakı Turizm İnformasiya Mərkəzinin öz nümayəndəliyinin Moskvada açılması məsələsini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı təşkilatın yaydığı xəbərdə deyilir.
Rusiyanın paytaxtında nümayəndəliyin açılması məsələsi Moskvada işgüzar turizmin inkişafına həsr edilmiş ixtisaslaşdırılmış workshop-un gedişatında müzakirə edilib. Tədbir Rusiya Turizm Sənayesi İttifaqının (RTSİ) dəstəyi ilə Rusiya Milli Turizm Ofisləri Assosiasiyası (RMTOA) tərəfindən təşkil edilib. Workshop yeddinci dəfə keçirilir və növbəti tədbirdə işgüzar turizmin bazarında öz məhsullarını və xidmətləri təklif edən dünyanın 35 ölkəsindən 106 nümayəndə iştirak edib.
Sərgidə Azərbaycanı Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edib. Tədbir çərçivəsində o, Moskvanın Turizm üzrə Komitəsinin sədri, RTSİ-nin prezidenti Serqey Şpilkoyla, "Rosturizm"in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Valeri Korovkinlə, Rusiyanın Milli Turizm Təşkilatları Assosiasiyasının prezidenti Ancey Serakovski ilə görüşüb.
Görüşlər zamanı tərəflər turizm informasiyalarının mübadiləsi və qarşılıqlı faydalı əməkdaşlıq haqda məsələləri müzakirə ediblər.
Bakı Turizm İnformasiya Mərkəzi turizm üzrə vahid dövlət informasiya xidmətidir. Onun başlıca vəzifəsi xarici turistlər və paytaxtın qonaqları üçün rahat informasiya mühitinin yaradılması, eləcə də beynəlxalqlar və daxili bazarlarda turizm məhsulunun irəliləyişinə nail olmaqdır.
İnformasiya mərkəzi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılıb.