...

Yanvarda Azərbaycanda inflyasiya 0,8 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2011 14:04 (UTC +04:00)
Yanvarda istehlak mallarının qiyməti və xidmət tarifləri ötən ayla müqayisədə 0,8 faiz artıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Yanvarda Azərbaycanda inflyasiya 0,8 faiz təşkil edib

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir N.İsmayılova/

Yanvarda istehlak mallarının qiyməti və xidmət tarifləri ötən ayla müqayisədə 0,8 faiz artıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ay ərzində ərzaq məhsullarının qiyməti 1,5 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə tariflər əvvəlki səviyyədə saxlanılıb.

Ötən ay düyünün, manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, təzə balığın, pasterizə olunmamış üzlü südün, pendirin, kərə yağının, bitki yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, şabalıdın, kələmin, çuğundurun, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun, siqaretlərin qiymətləri bahalaşıb.

Eyni zamanda ay ərzində bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu əsasən buğda ununun, çörək məhsullarının, qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, bananın, göyərtinin, kökün qiymətlərində qeydə alınıb.

Yanvar ayında əhaliyə göstərilən pullu xidmətlərdən yerli, MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində ucuzlaşma, MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində isə bahalaşma müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti