...

Bu gün Azərbaycan, İran və Rusiya dəmiryolçularının görüşü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2011 11:13 (UTC +04:00)
Bu gün İranın Prezident Administrasiyasında iqtisadi məsələlər üzrə birinci vitse-prezident Əli Ağaməhəmmədinin iştirakı ilə İran, Azərbaycan və Rusiya dəmiryol idarələri rəhbərlərinin görüşü keçiriləcək. Trend-in məlumatına görə, tərəflərin Şimal-Cənub dəmir yolu layihəsi çərçivəsində birgə şirkətin yaradılması barədə saziş imzalayacaqları gözlənilir.
Bu gün Azərbaycan, İran və Rusiya dəmiryolçularının görüşü keçiriləcək

Аzərbaycan, Bakı, 8 fevral /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Prezident Administrasiyasında iqtisadi məsələlər üzrə birinci vitse-prezident Əli Ağaməhəmmədinin iştirakı ilə İran, Azərbaycan və Rusiya dəmiryol idarələri rəhbərlərinin görüşü keçiriləcək. Trend-in məlumatına görə, tərəflərin Şimal-Cənub dəmir yolu layihəsi çərçivəsində birgə şirkətin yaradılması barədə saziş imzalayacaqları gözlənilir.

İranın Dəmiryol İdarəsinin rəhbəri Əbdüləli Sahib Məhəmmədinin rusiyalı həmkarı ilə dünənki görüşündə dediyinə görə, İİR-də dəmir yolu ilə yüklərin daşınmasının inkişafı mqəsədilə qanun qəbul edilib və bu sahəyə yatırımlar sadələşdirilib. Bu barədə İranın Dəmiryol İdarəsinin rəsmi saytı məlumat verib.

Məhəmmədinin sözlərinə görə, perspektivli inlişaf planında xarici sərmayələrə və özəl sektorun layihələrdə iştirakına böyük diqqət ayrılıb.

Onun sözlərinə görə, plana uyğun olaraq, dövlət dəmir yollarının uzunluğunun 2,5 dəfə, daha doğrusu onun 25 min kilometrədək artırılması planlaşdırılır. İran tərəfi bu sahədə "Rusiya Dəmir Yolları" ASC ilə əməkdaşlığa hazırdır.

Məhəmmədi bildirib ki, rusiyalı həmkarı ilə Rəşt - Astara (İran) - Astara (Azərbaycan) yolunun layihəsi müzakirə olunub.

"Rusiya ilə əməkdaşlıq sahəsində dəmir yollarının yenidən qurulması, ikitəkərli dəmir yollarına keçid, Təbriz-Azərşəhr qolunun elektrikləşdirilməsi və ölkənin dəmir yollarının modernləşdirilməsi nəzərdə tutulub", - o, deyib.

"Rusiya Dəmir Yolları" ASC-nin rəhbəri Vladimir Yakuninin sözlərinə görə, bu gün Rusiya İranla bu ölkədəki bəzi dəmir yolları qollarının elektrikləşdirilməsi üzrə əməkdaşlıq edir. Lakin əgər İran tərəfi istəsə, Rusiya əməkdaşlığı genişləndirməyə və bu sahəyə investisiya qoymağa hazırdır.

Xəbər lenti

Xəbər lenti