...

Azərbaycanda alternativ inflyasiya yanvarda 1,7 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2011 17:31 (UTC +04:00)
İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) hesablamalarına görə, Azərbaycanda inflyasiya yanvarda 1,7 faiz təşkil edib.
Azərbaycanda alternativ inflyasiya yanvarda 1,7 faiz təşkil edib

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Ü.İsmayılova/

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) hesablamalarına görə, Azərbaycanda inflyasiya yanvarda 1,7 faiz təşkil edib. Ötən ay Bakıda istehlak qiymətləri 2,24 faiz, ölkə regionlarında isə 1,23 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə mərkəzin çərşənbə günü yayılan məlumatında deyilir.

"İllik hesablamada Azərbaycanda inflyasiyanın səviyyəsi 12,18 faiz təşkil edib", - məlumatda deyilir.

Təşkilatın ekspertlərinin hesablamalarına görə, yanvarda 2010-cu ilin analoji dövrünə nisbətdə Azərbaycanda inflyasiyanın səviyyəsi 10,18 faiz təşkil edib.

Yekun cədvəl qiymətlərin dəyişilməsini göstərir:

2010-cu il dekabr/2011-ci il yanvar

2010-cu il yanvar/2011-ci il yanvar

Ərzaq malları və xidmətlər

+ 1,73

+11,15

Ərzaq malları, içkilər və tütün

+2,67

+21,15

Qeyri-ərzaq malları

+0, 89

+ 2,81

Xidmətlər

+0,31

+1,92

Aşağıdakı cədvəl Bakı və bölgələrdə qiymət dəyişikliklərini göstərir:

Bütün mallar və xidmətlər üzrə

Ərzaq

Qeyri-ərzaq

Xidmətlər

Bakı şəhəri

+2,24

+3,24

+1,13

+0,97

Regionlar

+1,23

+2,10

+0,65

+0,35

Təşkilatın məlumatında deyilir ki, yanvarda ərzaq malları arasında ən yüksək qiymət artımı soğanda - 25,76 faiz, qoz - 10,67 faiz və şəkər tozunda - 3,2 faiz müşahidə olunub. Əhəmiyyətli dərəcədə azalma pomidor - 5,66 faiz, peçenye - 4,8 faiz təşkil edib. Qeyri-ərzaq malları üzrə qiymətlərin əhəmiyyətli dərəcədə azalması qadın şərflarında - 10,87 faiz müşahidə olunub.

Ölkə daxilində sərnişindaşıma üzrə xidmət tarifləri 26,69 faiz ucuzlaşıb.

Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2011-ci ilin yanvarında istehlak malları və xidmət tariflərinin qiymətləri 2010-cu ilin dekabrına nisbətən 0,8 faiz, 2010-cu ilin yanvarı ilə müqayisədə isə 8,3 faiz bahalaşıb. Yanvarda ərzaq mallarının qiymətləri 1,5 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki səviyyədə qalıb, xidmət tarifləri isə 0,4 faiz ucuzlaşıb. 2010-cu ilin yanvarı ilə müqayisədə ərzaq malları 3,7 faiz, qeyri-ərzaq malları 2,8 faiz bahalaşıb, xidmətlər sahəsində tariflər isə 0,5 faiz ucuzlaşıb.

Xəbər lenti

Xəbər lenti