...

Azərbaycanın Nəqliyyat Nazirliyi Bakının nəqliyyat infrastrukturunun yenidən qurulması işlərini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2011 16:22 (UTC +04:00)
Azərbaycanın Nəqliyyat Nazirliyi Bakı şəhərinin nəqliyyat sistemində mövcud avtomobil yollarının yenidən qurulması işlərini davam etdirir.
Azərbaycanın Nəqliyyat Nazirliyi Bakının nəqliyyat infrastrukturunun yenidən qurulması işlərini davam etdirir

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Nəqliyyat Nazirliyi Bakı şəhərinin nəqliyyat sistemində mövcud avtomobil yollarının yenidən qurulması işlərini davam etdirir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin baş məsləhətçisi Azər Əliyev "The Azerbaijan Investors Summit 2011" Azərbaycan investorlarının sammitində bildirib.

Onun sözlərinə görə, yenidənqurma işlərində üç dairəvi avtomobil yolu, çoxsaylı körpülər, yolayrıcı və piyada keçidlərinin inşası nəzərdə tutulur.

"2007-ci ildən başlayaraq, 11 iri nəqliyyat qovşağı, yolayrıcı, 21 yeraltı və yerüstü piyada keçidləri inşa edilib və istismara verilib", - Əliyev qeyd edib.

Bu gün nəqliyyat sisteminin əlverişli idarə edilməsi, tıxacların aradan qaldırılması, təhlükəsizliyin təmin olunması və şəhər yollarının xidmətetmə qabiliyyətinin artırılması məqsədilə nəqliyyat əməliyyatlarının idarə olunması üçün intellektual sistemin yaradılması sahəsində işlər aparılır.

"Bu sistemin tətbiq olunması nəqliyyat axınından asılı olaraq, işıqforların idarə olunması prosesini, məlumatların toplanması və işlənməsini avtomatlaşdırmağa, şəhər nəqliyyatının hərəkətini idarə etməyə və ödənişlərin elektron kartla həyata keçirilməsinə imkan verir", - Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti