...

Azərbaycan bankı "ASB Bank" nizamnamə kapitalını təqribən 1,9 milyon manat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2011 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "ASB Bank"ın ümumi məbləği 1,886 milyon manat olan sadə adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə QKDK-nın çərşənbə günü yaydığı məlumatda bildirilir.

Emissiyaya hər birinin nominal dəyəri 0,2 manat olan 9,43 milyon səhm daxildir.

2010-cu ildə "ASB Bank"ın məcmu kapitalı 4,8 faiz artaraq 25,908 milyon manat, eləcə də nizamnamə kapitalı 11 faiz artaraq 22,114 milyon manat təşkil edib.

"ASB Bank" 1996-cı ildə "CI Bank" kimi fəaliyyətə başlayıb, 2006-cı ilin sonlarında brendini dəyişib.

Martın 9-da rəsmi məzənnə 0,7936 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti