...

Azərbaycanın sığorta şirkətinin səhmlərinin emissiyasının yerləşdiriləcəyi tarix açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2011 16:36 (UTC +04:00)
Bakı Fond Birjasına Azərbaycanın "Alfa Insurance" ASC sığorta şirkətinin sadə, adlı, sənədsiz səhmlərinin fondun qeyri-kotirovka vərəqəsinə daxil edilməsi barədə müraciət daxil olub.
Azərbaycanın sığorta şirkətinin səhmlərinin emissiyasının yerləşdiriləcəyi tarix açıqlanıb

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Ü.İsmayılova/

Bakı Fond Birjasına (BFB) Azərbaycanın "Alfa Insurance" ASC sığorta şirkətinin sadə, adlı, sənədsiz səhmlərinin fondun qeyri-kotirovka vərəqəsinə daxil edilməsi barədə müraciət daxil olub. Bu barədə BFB-nin cümə axşamı yaydığı məlumatda deyilir.

"Alfa Insurance"ın səhmlərinin yerləşdirilməsinə martın 14-dən başlanacaq.

Fevralın 28-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Alfa Insurance"ın ümumi məbləği 1,5 milyon manat olan sadə, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Emissiya çərçivəsində hər birinin nominal dəyəri bir min manat olan 1,5 min səhm buraxılıb.

Emissiyanın yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı hazırkı 3,1 milyon manata nisbətdə 4,6 milyon manata çatacaq.

"Alfa Sığorta" ASC-nin təsisatçısı 2006-cı ilin dekabrında şirkətin 100 faizlik səhmlərini alan "Texnikabank" ASC-dir. "Alfa Sığorta"nın altı icbari, 24 könüllü olmaqla, 30 növ sığorta xidməti göstərmək hüququ var.

Martın 10-na olan rəsmi məzənnə 0,7936 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti