...

"Fitch" "Kapital Bank"ın reytinqini B+ səviyyəsində təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2011 16:37 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan bankı "Kapital Bank"ın reytinqini əvvəlki B+ səviyyəsində təsdiq edib.
"Fitch" "Kapital Bank"ın reytinqini B+ səviyyəsində təsdiq edib

Аzərbaycan, Bakı, 10 mart /Trend/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan bankı "Kapital Bank"ın reytinqini əvvəlki B+ səviyyəsində təsdiq edib. Bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Bankın uzunmüddətli reytinqi (RDE) B+ "Stabil" proqnozla, qısamüddətli reytinqi RDE "B, fərdi reytinqi D/E, dəstək reytinqi "4" səviyyəsində təsdiqlənib. Uzunmüddətli RDE dəstək səviyyəsi isə B+ səviyyəsində göstərilib.

"Fitch" hesab edir ki, "Kapital Bank" gələcək dövrdə də sistem yaradan bank kimi imicini qoruyacaq. Bankın malik olduğu geniş filial şəbəkəsi vasitəsilə Azərbaycanda pensiya və sosial müavinətlərin ödənilməsində böyük rol oynadığı bildirilir. Dövlət tərəfindən həyata keçirilən bir sıra infrastruktur layihələrin icrasında "Kapital Bank"ın da iştirak etdiyi diqqətə çatdırılır. "Fitch" qeyd edir ki, bankın ölkənin maliyyə bazarındakı mövqeyi, gəlirliliyi və likvidliyi adekvatdır.

2010-cu ilin nəticələrinə əsasən, "Kapital Bank" aktivlərin və əhalinin əmanətlərinin həcminə görə Azərbaycanın iki ən aparıcı bankından biri olub.

Xəbər lenti

Xəbər lenti