Azərbaycan, Bakı, 12 mart/Trend, müxbir N.İsmayılova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0005 bənd (0,05 faiz) möhkəmlənib. Ötən həftə 0,79362 manat səviyyəsində müəyyən olunub.
|
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi |
|||
|
28 fevral |
0,7941 |
7 mart |
0,7938 |
|
1 mart |
0,7939 |
8 mart |
0,7938 |
|
2 mart |
0,7939 |
9 mart |
0,7936 |
|
3 mart |
0,794 |
10 mart |
0,7936 |
|
4 mart |
0,794 |
11 mart |
0,7933 |
|
Həftə ərzində orta |
0,79398 |
Həftə ərzində orta |
0,79362 |
2011-ci il yanvarın 1-dən Mərkəzi Bankın dollar/manatın məzənnəsinin ikitərəfli hədəfləmə siyasətinə keçidindən sonra milli valyutanın məzənnəsi sabitləşib. Makroiqtisadi analizlər göstərir ki, cari şəraitdə dollar/manatın məzənnəsinin ikitərəfli hədəfləməsi Mərkəzi Bankın məqsədləri, xüsusilə də inflyasiyanın səviyyəsinə təsikr göstərmək məqsədilə nisbətən daha çox razılaşdırılıb. Kommunikasiyalar nöqteyi-nəzərindən, bu mexanizm nəinki sərfəlidir, bu, həm də uzunmüddətli perspektivdə AMB-yə sərbəst üzən məzənnə rejiminə keçməyə imkan verəcək.
Ötən həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbəti 0,0002 bənd möhkəmlənib. (0,02 faiz).Ötən həftə orta məzənnə bir ABŞ dolları üçün 0,79232 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): martın 7-də 0,7924 AZN/USD məzənnə ilə $14,69 , martın 8-də sövdələşmələr aparılmayıb, buna görə məzənnə 0,7924 AZN/USD səviyyəsində qalıb. Martın 9-də 0,7924 AZN/USD məzənnə ilə $16,69 mln., martın 10-da 0,7922 AZN/USD məzənnə ilə - $16,69 mln., martın 11-də 0,7922 AZN/USD məzənnə ilə $1,73 mln. olub.
|
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi: |
|||
|
28 fevral |
0,7927 |
7 mart |
0,7924 |
|
1 mart |
0,7927 |
8 mart |
0,7924 |
|
2 mart |
0,7927 |
9 mart |
0,7924 |
|
3 mart |
0,7937 |
10 mart |
0,7922 |
|
4 mart |
0,7937 |
11 mart |
0,7922 |
|
Həftə ərzində orta |
0,7931 |
Həftə ərzində orta |
0,79232 |
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.