...

Azərbaycan İpoteka Fondu istiqrazların növbəti yerləşdirilməsini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2011 16:32 (UTC +04:00)
Martın 29-da ölkənin Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat həcmində faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazlarının növbəti hissəinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Azərbaycan İpoteka Fondu istiqrazların növbəti yerləşdirilməsini elan edib

Azərbaycan, Bakı, 17 mart /Trend/

Martın 29-da ölkənin Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat həcmində faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazlarının növbəti hissəinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə AİF-in cümə axşamı yaydığı məlumatında deyilir.

Məlumata görə, yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək. İstiqrazlar hərraca 100,5917 dəyərlə çıxarılacaq.

İstiqrazların ödənmə tarixi - 11 dekabr 2017-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

Yerləşdirmə hər birinin nominal dəyəri 1000 manat olan 60 milyon manat həcmində qeydiyyata alınan faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazların üçüncü emissiyasından aparılır. İstiqrazların gəlirliliyi üç faiz təşkil edir. Bu emissiyanın yerləşdirilməsinə yanvarın 17-dən başlanıb və bu günədək 16 miılyon manatlıq istiqraz satılıb.

Martın 17-nə olan rəsmi məzənnə 0,7932 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti