...

Bakı yarmarkalarında ərzaq məhsulları sərfəli qiymətlərlə təklif olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2011 18:46 (UTC +04:00)
Bakıda Novruz bayramı ərəfəsində istehlakçılara ərzaq məhsullarını bazar qiymətlərindən aşağı təklif edən yarmarkalar açılıb.
Bakı yarmarkalarında ərzaq məhsulları sərfəli qiymətlərlə təklif olunur

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir N.İsmayılova/

Bakıda Novruz bayramı ərəfəsində istehlakçılara ərzaq məhsullarını bazar qiymətlərindən aşağı təklif edən yarmarkalar açılıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Atiinhisar Siyasəti və İstehalkçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyev deyib.

"Süni qiymət artımının qarşısının alınması, eləcə də istehlakçıların seçim imkanlarının artırılması məqsədilə Novruz bayramı ərəfəsində Bakıda 25-dən çox yerdə satış yarmarkaları təşkil edilib. Orada istehlakçılara geniş çeşiddə kənd təsərrüfatı və ərzaq məhsulları təklif olunur", - o bildirib.

Onun sözlərinə görə, yarmarkalarda süd məhsulları, şirniyyat, quru meyvələr, kartof, soğan, yumurta kimi ərzaq məhsullarını almaq olar.

"Bütün məhsulların qiymətləri üzərilərində göstərilib və bu yarmarkalar artıq neçə gündür uğurla işləyir. Gün ərzində satışa 500 tona yaxın məhsul çıxarılır", - Nağıyev qeyd edib.

Yarmarkalarda yumurtanın bir ədədinin qiyməti 0,11 manat, kartof (1kq) 0,6 manat, baş soğan (1 kq) - 0,8 manat, smetan - 0,9 manat, qatılaşdırılmış süd - 0,95 manat, un (1 kq) - 1,3 manat, püstə (1 kq) - 9 manat, badam (1 kq) - 6,5 manat, fındıq (1 kq) - 6 manat, üzüm (1 kq) - 3 manatdır.

Martın 17-nə olan rəsmi məzənnə 0,7932 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti