...

Azərbaycanın ixtisaslaşmış sığorta şirkəti nizamnamə kapitalını təxminən 9 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2011 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "AZAL Sığorta" ASC-nin ümumi məbləği 8,855 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prosepektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin cümə günü yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 506 manat olan 17 500 səhm buraxılıb.

Bu emissiyanın yerləşdirilməsi əvvəllər qeydə alınan hər birinin nominal dəyəri 465 manat olan səhmin konvertasiyası üsulu ilə keçiriləcək.

Səhmlərin nominal dəyərinin artırılması nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı indiki 8,137 milyon manatdan 8,855 milyon manatadək artırılacaq.

Hava nəqliyyatının sığortalanmasında ixtisaslaşan "AZAL Sığorta" şirkəti 1995-ci ildə yaradılıb.

Martın 18-nə olan rəsmi məzənnə 0,7932 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti