...

GIZ Azərbaycanda "Menecer hazırlığının interaktiv üsulları" mövzusunda təlim keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2011 17:55 (UTC +04:00)
Martın 25-27-də Bakı Biznes Tədris Mərkəzi Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin dəstəyi ilə "Menecer hazırlığının interaktiv üsulları" mövzusunda təlim keçirib.
GIZ Azərbaycanda "Menecer hazırlığının interaktiv üsulları" mövzusunda təlim keçirib

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir N.İsmayılova/

Martın 25-27-də Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin dəstəyi ilə "Menecer hazırlığının interaktiv üsulları" mövzusunda təlim keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Almaniyanın GIZ təşkilatının beynəlxalq ekspertləri tərəfindən keçirilmiş təlimlərin məqsədi yerli təlimçilər şəbəkəsinin yaradılması, təlimçilərin dünyada tətbiq edilən metodologiya və treninqlərin keçirilməsinin interaktiv metodları ilə tanış edilməsi olub.

Təlimdə Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları və Almaniyaya ixtisasartırma kurslarına göndəriləcək sahibkarlar üçün treninqlərin keçirilməsinə dəvət olunacaq 15 təlimçi iştirak edib.

"Menecer hazırlığının interaktiv üsulları" mövzusunda ilk təlimlər 19-21 noyabr 2010-cu il tarixində keçirilib.

Xəbər lenti

Xəbər lenti