...

Azərbaycan Milli Depozit Mərkəzi daha 3 şirkətlə əməkdaşlığa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2011 19:27 (UTC +04:00)
Martda Azərbaycan Milli Depozit Mərkəzi (MDM) Kredobank, Unibank və "Azərbaycan Dəmir Yolları" ASC ilə depozitar və reyestrin aparılması barədə müqavilə imzalayıb.
Azərbaycan Milli Depozit Mərkəzi daha 3 şirkətlə əməkdaşlığa başlayıb

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir N.İsmayılova/

Martda Azərbaycan Milli Depozit Mərkəzi (MDM) Kredobank, Unibank və "Azərbaycan Dəmir Yolları" ASC ilə depozitar və reyestrin aparılması barədə müqavilə imzalayıb. Bu barədə Mərkəzin məlumatında deyilir.

Fevralda belə müqavilə "Məişət Maye Qaz" ASC, yanvarda "İnnovativ Tədris Mənbələri" QSC, Sabirabad İnşaat Xidməti" ASC ilə bağlanıb.

MDM 1997-ci il sentyabrın 18-də yaradılıb. Mərkəzin təsisçisi və bütün səhm zərfinin mülkiyyətçisi kimi Azərbaycan Dövlət Əmlak Komitəsi çıxış edirdi. QKDK-nın yaradılmasından sonra MDM onun ixtiyarına verilib. Bununla əlaqədar olaraq MDM QKDK tərəfindən 1999-cu ilin 8 sentyabrında yenidən təsis olunub və 1999-cu il sentyabrın 17-də dövlət qeydiyyatından keçib.

Xəbər lenti

Xəbər lenti