...

Azərbaycan Nəqliyyat Nazirliyi SPECA çərçivəsində işçi qrupunun iclasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2011 18:02 (UTC +04:00)
Nəqliyyat Nazirliyi aprelin 20-21-də Qazaxıstanın Almatı şəhərində BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramının (SPECA) "Nəqliyyat və sərhəd keçidi" üzrə layihə işçi qrupunun 16-cı iclasında iştirak edəcək.
Azərbaycan Nəqliyyat Nazirliyi SPECA çərçivəsində işçi qrupunun iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyi aprelin 20-21-də Qazaxıstanın Almatı şəhərində BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramının (SPECA) "Nəqliyyat və sərhəd keçidi" üzrə layihə işçi qrupunun 16-cı iclasında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirliyin məlumatına deyilir.

İşçi qrupun iclasında Asiya-Sakit okean regionunda nəqliyyatın inkişafı üzrə milli hesabatlar dinləniləcək. Bundan başqa, SPECA proqramının iştirakçı ölkələri arasında beynəlxalq intermodal nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq mexanizmləri və digər məsələlər müzakirə ediləcək.

Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramında 7 ölkə - 5 Mərkəzi Asiya ölkəsi, Azərbaycan və Əfqanıstan iştirak edir.

Xəbər lenti

Xəbər lenti