...

Azərbaycan İpoteka Fondu təmin edilmiş istiqrazların emissiyasının 37 faizini yerləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2011 17:43 (UTC +04:00)
Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Azərbaycan İpoteka Fondu təmin edilmiş istiqrazların emissiyasının 37 faizini yerləşdirib

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir N.İsmayılova/

Bazar ertəsi Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Trend-in məlumatına görə, bu barədə AİF-in bazar ertəsi yaydığı məlumatda deyilir.

Hərracda sifarişlərin ümumi məbləği nominal üzrə 34,92 milyon manat təşkil edib.

İstiqrazların bütün həcmi tam yerləşdirilib. Sifarişlər cari qiymətlərlə təqdim edilib.

İstiqrazların ödənilmə müddəti 11 dekabr 2017-ci ildir. Tələbin təklifi üstələcəyi təqdirdə sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların yerləşdirilməsinin ilkin anderrayteri qismində Azərbaycan Mərkəzi Bankı çıxış edir.

AİF-in istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2010-cu il noyabrın 19-da qeydə alınıb.

Yerləşdirmə hər birinin nominal dəyəri 1000 manat olan 60 milyon manat həcmində qeydə alınan faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazların emissiyasından keçirilir. İstiqrazlar üzrə gəlir 3 faizdir. Bu emissiyanın yerləşdirilməsi yanvarın 17-də başlayıb. Və bu günə 22 milyon manat xərclənib.

İndiyədək AİF iki emissiyanı - 55 milyon manat məbləğində təmin edilmiş ipoteka istiqrazlarını və 75 milyon manatlıq təmin edilməmiş istiqrazları yerləşdirib.

Aprelin 18-nə olan rəsmi məzənnə 0,7917 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti