...

May ayında Azərbaycan-Almaniya biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2011 18:35 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Almaniya-Azərbaycan biznes forumu keçiriləcək.
May ayında Azərbaycan-Almaniya biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir N.İsmayılova/

Mayın 5-6-da Almaniyada İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Almaniya-Azərbaycan biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Almaniya tərəfindən sənaye, kənd təsərrüfatı, tikinti, səhiyyə, logistika və s. sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı nəzərdə tutulur.

Biznes forumda iştirak etmək istəyən sahibkarlar ətraflı məlumat almaq üçün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) müraciət edə bilərlər:

Əlaqələndirici şəxs: Vüsal Kərimli (e-mail: [email protected]; tel: (012) 598-01-47 (daxili: 102); mob: 055-245-17-88; faks : (012) 598-01-52)

Xəbər lenti

Xəbər lenti