...

Azərbaycan və Almaniyanın sahibkarlar təşkilatları işgüzar əlaqələrin qurulması haqqında saziş imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2011 20:09 (UTC +04:00)
Oktyabrda Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Münhen Ticarət Palatası arasında işgüzar əlaqələrin yaradılması haqqında saziş imzalanacaq.
Azərbaycan və Almaniyanın sahibkarlar təşkilatları işgüzar əlaqələrin qurulması haqqında saziş imzalayacaqlar

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir A.Axundov/

Oktyabrda Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Münhen Ticarət Palatası arasında işgüzar əlaqələrin yaradılması haqqında saziş imzalanacaq. Trend-in məlumatına görə, bu barədə ASK-nın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Müvafiq razılaşma Berlin və Münhendə Azərbaycan-Almaniya biznes forumu çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevlə Münhen və Yuxarı Bavariya əyalətinin Sənaye və Ticarət Palatasının vitse-prezidenti və palatanın icraçı direktoru Frank Dollendorf arasında keçirilən görüşdə əldə olunub.

Biznes forum ötən həftə keçirilib.

Xəbər lenti

Xəbər lenti