...

AzTEST ilk dəfə olaraq İSO 9001 və İSO 18001 standartları üzrə sertifikatlaşdırma həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2011 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir A.Axundov/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AzTEST Təcrübə-Sınaq Mərkəzi ilk dəfə olaraq İSO 9001 və İSO 18001 standartları üzrə sertifikatlaşdırma həyata keçirib. Trend-in məlumatına görə, bu barədə komitənin bazar ertəsi yaydığı məlumatda deyilir.

AzTEST "Keyfiyyətin idarə olunması sistemi" İSO 9001 standartı üzrə "Neftqazmaş" ASC-ni və "SS-EAST" MMC-ni "Əməyin mühafizəsinin idarə olunması sistemi" İSO 18001 standartı üzrə sertifikatlaşdırıb.

AzTEST "Keyfiyyəti idarəetmə sistemi" (AZS İSO 9001:2009), "Qida təhlükəsizliyi idarəetmə sistemi"(İSO 22000:2005), "Ətraf mühiti idarəetmə sistemi" (İSO 14001:2004),"Əməyin mühafizəsi idarəetmə sistemi"(AZS STB 18001:2008) beynəlxalq standartlar üzrə sertifikatlaşma aparan orqan kimi 2010-cu il iyunun 17-də akkreditasiya olunub.

Xəbər lenti

Xəbər lenti