...

İnvestisiya sahəsində əməkdaşlıq Belarus və Azərbaycan üçün perspektivlidir - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2011 15:32 (UTC +04:00)
Belarus və Azərbaycan üçün investisiya sahəsində əməkdaşlıq perspektivlidir.
İnvestisiya sahəsində əməkdaşlıq Belarus və Azərbaycan üçün perspektivlidir - nazir müavini

Azərbaycan, Bakı, 24 may /Trend/

Belarus və Azərbaycan üçün investisiya sahəsində əməkdaşlıq perspektivlidir. Trend-in məıumatına görə, bu barədə Belarus xarici işlər nazirinin müavini Aleksandr Quryanov bazar ertəsi Azərbaycanın 28 May dövlət bayramı - Respublika Günü münasibətilə keçirilən təntənəli tədbirdə çıxışı zamanı bildirib. Xəbəri BELTA agentliyi yayıb.

Belarusun xarici siyasət idarəsi rəhbərinin müavini qeyd edib ki, hər iki ölkə Belarus yük avtomobillərinin, lift avadanlıqlarının yığımı üzrə birgə layihələr həyata keçirir. Bu il Azərbaycan və Belarus energetika sahəsində əməkdaşlığa başlayıblar, eləcə də bir sıra sahələrdə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilir. Nazir müavini bildirib ki, regional səviyyədə əlaqələr yaxşı inkişaf etməyə başlayıb.

Quryanov qeyd edib ki, Azərbaycan Belarusun ən mühüm tərəfdaşlarından biridir və hər iki ölkə strateji tərəfdaşlıq səviyyəsinə çıxıb.

Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə öz növbəsində bildirib ki, son iki il ərzində iki dövlət başçısının çox mühüm görüşləri keçirilib. 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Belarusda rəsmi səfərdə olub, 2010-cu ildə Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfər edib.

Diplomatın fikrincə, məhz yüksək səviyyədə səfər mübadiləsi bütün sahələrdə, o cümlədən iqtisadi sahədə ikitərəfli əlaqələrin möhkəmlənməsinə yol açıb. Məsələn, cari ilin üç ayı ərzində Belarusla Azərbaycan arasında mal dövriyyəsi 12 dəfə artaraq 378 milyon dollar təşkil edib. Səfir gələcəkdə ikitərəfli əlaqələrin bütün istiqamətlərdə daha fəal inkişaf edəcəyinə inamını ifadə edib.

Xəbər lenti

Xəbər lenti