...

Azərbaycanda regionların davamlı sosial-iqtisadi inkişafı üzrə konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2011 19:00 (UTC +04:00)
Mayın 27-də Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan regionlarının davamlı sosial-iqtisadi inkişafı: nailiyyətlər və prespektivlər" mövzusunda elmi-praktiki konfrans keçirilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.
Azərbaycanda regionların davamlı sosial-iqtisadi inkişafı üzrə konfrans keçirilib

Azərbaycan, Bakı, 27 may /Trend/

Mayın 27-də Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan regionlarının davamlı sosial-iqtisadi inkişafı: nailiyyətlər və prespektivlər" mövzusunda elmi-praktiki konfrans keçirilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı Azərbaycan iqtisadiyyatının prioritetlərindəndir. Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər də regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynayır.

Təkcə 2010-cu ildə 73 mindən çox yeni iş yeri açılıb ki, bunun da 53 mini daimidir. Ümumilikdə isə, son 7 ildə ölkədə 1 milyona yaxın iş yeri açılıb ki, bu da məşğulluğun təmin edilməsində əsas amil kimi çıxış edir.

Xəbər lenti

Xəbər lenti