...

"Flydubai" aviaşirkətinin 2 yaşı tamam olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2011 17:44 (UTC +04:00)
İyunun 1-də Dubayın "Flydubai" aviaşirkətinin ilk uçuşlara başlamasının iki ili tamam olur.
"Flydubai" aviaşirkətinin 2 yaşı tamam olur

Azərbaycan, Bakı, 1 iyun /Trend/

İyunun 1-də Dubayın "Flydubai" aviaşirkətinin ilk uçuşlara başlamasının iki ili tamam olur. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Hazırda yeni 16 Boeing 737-800NG təyyarələrindən ibarət hava donanması və marşrut şəbəkəsinin sayı 36 istiqamətdə olan "Flydubai" dünyanın ən tez inkişaf edən aviaşirkətlərindən biri sayılır.

Dubayın ilk qənaətcil hava yolları olan "Flydubai" şirkəti 2008-ci ilin martında Dubay hökuməti tərəfindən yaradılıb və 2009-cu il iyunun 1-də kommersiya uçuşlarına başlayıb. "Flydubai" şirkətinin məqsədi səyahəti daha asan, daha stressiz və daha qənaətcil etməkdir.

Xəbər lenti

Xəbər lenti