...

Azərbaycanın strateji valyuta ehtiyatları 34 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2011 19:20 (UTC +04:00)
2003-2010-cu illər ərzində Azərbaycanın ÜDM-i real ifadədə 3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2 dəfə, xarici mal dövriyyəsi 5,4 dəfə, strateji valyuta ehtiyatları 19 dəfə artıb.
Azərbaycanın strateji valyuta ehtiyatları 34 milyard dolları ötüb

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir N.İsmayılova/

2003-2010-cu illər ərzində Azərbaycanın ÜDM-i real ifadədə 3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2 dəfə, xarici mal dövriyyəsi 5,4 dəfə, strateji valyuta ehtiyatları 19 dəfə artıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı" hesabatında deyilir.

"Adambaşına düşən ÜDM-in həcmi 2003-cü ilin göstəricisi ilə (872,7 manat) müqayisədə nominal ifadədə 5,3 dəfə, real ifadədə isə 2,7 dəfə artaraq 2010-cu ilə 4 653,3 manat təşkil edib", - mərkəzin hesabatında deyilir.

Ölkə üzrə işsizlik səviyyəsi 1,6 dəfə, yoxsulluq səviyyəsi isə 4,9 dəfə azalıb. Son yeddi ildə əhali gəlirlərinin artımı (4,5 dəfə) inflyasiya səviyyəsini (1,9 dəfə) qabaqlayaraq əhalinin gəlirlərinin real ifadədə 2,3 dəfə artmasını təmin edib.

2011-ci ilin birinci rübünün yekunları üzrə strateji valyuta ehtiyatlarının həcmi 34,2 milyard dollara bərabər olub ki, bu vəsaitlərin 25 797,9 million dolları Dövlət Neft Fondunun, 6718 million dolları isə Mərkəzi Bankın vəsaitləridir.

2011-ci ilin birinci rübünün yekunlarına görə ölkə üzrə orta aylıq əməkhaqqı 340 manat və ya 430 dollar həddində olub.

ÜDM-də xüsusi çəkisi 50 faizdən yüksək olan (2010-cu ildə 52,5 faiz) sənaye sahəsində son 8 il ərzində davamlı inkişaf müşahidə olunub, məhsul istehsalının real artım tempi orta hesabla 14,7 faizə çatıb.

İyunun 2-nə olan rəsmi məzənnə 0,7893 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti