...

"Parabank" bodibildinq yarışının qaliblərini dəyərli hədiyyələrlə təbrik edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2011 19:07 (UTC +04:00)
Şirvan şəhərində Bodibildinq Federasiyası, İdman və Gənclər Nazirliyinin təşkilatçılığı ilə bodibildinq üzrə Azərbaycan kuboku yarışı keçirilib.
"Parabank" bodibildinq yarışının qaliblərini dəyərli hədiyyələrlə təbrik edib

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Şirvan şəhərində Bodibildinq Federasiyası, İdman və Gənclər Nazirliyinin təşkilatçılığı ilə bodibildinq üzrə Azərbaycan kuboku yarışı keçirilib. Trend-in məlumatına görə, bu barədə "Parabank"ın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Çempionatda bodibildinq üzrə Avropa çempionu, beynəlxalq yarışların mükafatçısı və dəfələrlə respublika çempionu olmuş Vüqar Verdiyev növbəti dəfə Respublika kubokuna yiyələnib. Bakı bodibildinq məktəbinin yetirmələri Raqif Bayramov ikinci, Kənan Nəcəfov üçüncü yerə layiq görülüblər.

"Parabank" ASC qalib gələn Vüqar Verdiyevi pul mükafatı, ikinci və üçüncü yerlərə layiq görülən idmançıları isə dəyərli hədiyyələrlə təbrik edib.

"Parabank" ASC ailəsi olaraq biz hər zaman idmançılarımızın qələbələrinə sevinirik və onlara dəstək olmaq bizim üçün vacib məsələlərdən biridir", - bankın Biznesin İnkişafı və Marketinq Departamentinin direktoru Fərid Dadaşov qeyd edib.

Xəbər lenti

Xəbər lenti