Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 1162 litr sərinləşdirici içki məhv edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.
Bundan əvvəl Dövlət Xidməti istehlak bazarında "Cem Ltd" tərəfindən normativ sənədlərin tələblərinə cavab verməyən və müvafiq reseptura olmadan istehsal edilən sərinləşdirici içkilər aşkarlamışdı. Bu faktla bağlı şirkətə keyfiyyətsiz məhsulun məhv edilməsi barədə göstəriş verilmişdi.
Haqsız rəqabətə yol verdiyinə görə, Dövlət Xidməti tərəfindən "Cem Ltd" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.