...

Parabank-da "bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm" kampaniyası çərçivəsində birinci lotoreya oyunu keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2011 13:24 (UTC +04:00)
Parabank Western Union-la birgə Azərbaycanda 15 aprel-15 iyul 2011-ci il tarixinədək ''bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm" adlı milli kampaniyasını davam etdirir. Trend-in məlumatına görə, bu barədə bankın məlumatında deyilir.
Parabank-da "bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm" kampaniyası çərçivəsində birinci lotoreya oyunu keçirilir

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Parabank Western Union-la birgə Azərbaycanda 15 aprel-15 iyul 2011-ci il tarixinədək ''bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm" adlı milli kampaniyasını davam etdirir. Trend-in məlumatına görə, bu barədə bankın məlumatında deyilir.

Parabank-la birgə bu kampaniyada tərəfdaşları qismində çıxış edən DəmirBank, Expressbank, Bank Silk Way, GünayBank və ASB bank iştirak edirlər.

Bu kam paniya Western Union sistemi ilə təcili pul köçürmələrindən istifadə edən müştərilər üçün nəzərdə tutulub.

Kampaniya müddətində Western Union xidmətlərindən birinci dəfə pul göndərən və yaxud alan müştəri 2 ədəd kupon əldə edir.

1 nömrəli kupon xoşbəxt kupon oyununda iştrak edəcək. 2 nömrəli kuponun üzərinə 2 möhür vurulduqdan sonra, müştəri doldurulmuş kuponu bank operatoruna təhvil verib ilk hədiyyəni ala bilər və ya möhürlərin sayını 5-ə çatdıraraq daha dəyərli hədiyyələr qazanır. Həmçinin müştəri mümkün qədər çox müştəri cəlb etməklə hər müştəriyə görə daha 1 möhür toplaya bilər.

Kampaniyada iştirak edən müştərilər dəyərli hədiyyələr qazanmaqla yanaşı lotoreyada iştirak edəcəklər. Kampaniya çərçivəsində iki dəfə lotoreya oyunu oynanılacaq və qaliblər müəyyən olunacaqlar. Beləliklə, 1-ci lotoreya oyunu 15 İyun 2011-ci il tarixində Excelsior mehmanxanasında keciriləcək. Lotoreya oyununda yalnız 15 Aprel - 31 May tarixləri arasında möhürlənmiş kuponlar oynanılacaq. Lotoreyada 5 qalib müəyyən olunacaq və qalib qələn hər bir iştirakçıya 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.

Bu cür milli kampaniya 7 il ərzində Moldovada, 2009-cu ildə Gurcüstanda və ilk dəfədikir ki, Azərbaycanda keçirilir.

Xəbər lenti

Xəbər lenti