...

"PAŞA Bank" esse yarışmasına yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2011 15:25 (UTC +04:00)
2011-ci il iyunun 9-da "PAŞA Bank" ASC "Korporativ reputasiya: şirkətlərin etibarlılığı nədən bu qədər vacibdir?" mövzusundakı esse yarışmasının final mərhələsini keçirib. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.
"PAŞA Bank" esse yarışmasına yekun vurub

Azərbaycan, Bakı, 13 iyun /Trend/

2011-ci il iyunun 9-da "PAŞA Bank" ASC "Korporativ reputasiya: şirkətlərin etibarlılığı nədən bu qədər vacibdir?" mövzusundakı esse yarışmasının final mərhələsini keçirib. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

"PAŞA Bank" ASC öz sosial cavabdehlik proqramı çərçivəsində vətənimizin müxtəlif ali təhsil ocaqlarında iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələr arasında "Korporativ reputasiya: şirkətlərin etibarlılığı nədən bu qədər vacibdir?" mövzusundakı esse yarışması keçirib. Yarışmaya qatılan 114 nəfərdən 5 nəfər final mərhələsinə keçib. Onlar öz esseləri əsasında hazırladığı təqdimatla çıxış edib, mövzu ətrafındakı fikirləri ilə bölüşüb və münsiflərin və digər iştirakçıların suallarını cavablandırıblar.

Münsiflər heyətinin sədri Fərid Axundov bütün iştirakçıları final mərhələsinə keçmələri ilə əlaqədar təbrik edib və təqdim etdikləri esselərdə mövzunu ustalıqla əhatə etdiklərini bildirib.

Axundov qeyd edib ki, iştirakçılar öz təqdimatları zamanı esselərində əksini tapmış fikirlərini dinləyicilər üçün maraq doğuracaq formada təqdim etməyə müyəssər oldular.

Münsiflər heyəti qiymətləndirmənin nəticəsi olaraq Eldarova Nərgiz və Əlizadə Nərgizi müvafiq olaraq I və II yerə layiq görərək onların Oslo Biznes Məktəbində 4 həftəlik yay proqramı çərçivəsində təhsil almasını və Miriyeva Günayı 3-cü yerə layiq görərək onun "PAŞA Bank" ASC-də təcrübə keçməsini qərara alıb.

Xəbər lenti

Xəbər lenti