...

"Kapital Bank" iyunun sonunadək əmək fəaliyyətinin planlaşdırılması prosesini başa çatdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2011 18:27 (UTC +04:00)
Azərbaycan bankı "Kapital Bank" yerli struktur bölmələrində çalışan işçilərin əmək fəaliyyətinin planlaşdırılması və nəticələrin qiymətləndirilməsi prosesini davam etdirir.
"Kapital Bank" iyunun sonunadək əmək fəaliyyətinin planlaşdırılması prosesini başa çatdıracaq

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycan bankı "Kapital Bank" yerli struktur bölmələrində çalışan işçilərin əmək fəaliyyətinin planlaşdırılması və nəticələrin qiymətləndirilməsi prosesini davam etdirir. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

İyunun 11-də Şirvan şəhərində təşkil edilən növbəti mərhələdə iki qrup üzrə bankın Salyan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, İmişli, Neftçala, Biləsuvar, Astara, Yardımlı, Lerik, Lənkəran, Masallı, Cəlilabad, Cəbrayıl, Beyləqan və Füzuli rayon (şəhər) filiallarından ümumilikdə 223 əməkdaş iştirak edib.

"Məqsəd işçilərin tutduğu vəzifə üzrə bilik və bacarıqlarını müəyyənləşdirməkdən, onların peşəkar inkişafını düzgün istiqamətləndirməkdən, fəaliyyətin səmərəliliyini artırmaqdan, bankda karyera imkanlarını genişləndirməkdən ibarətdir", - məlumatda deyilir.

Mayın 22-dən başlanan prosesə indiyə qədər "Kapital Bank"ın yerli struktur bölmələrində çalışan 1000-ə yaxın əməkdaş cəlb edilib. Test üsulu ilə keçirilən əmək fəaliyyətinin planlaşdırılması və nəticələrin qiymətləndirilməsi iyunun sonuna qədər bütün filiallar üzrə başa çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti