...

Tbilisidəki beynəlxalq konfransda Qafqaz regionunda avtomobil daşımaları müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2011 10:53 (UTC +04:00)
Bu gün Tbilisidə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının 6-cı konfransı (IRU`s 6th Euro-Asian Road Transport Conference) keçiriləcək. Konfransa 70 ölkədən nəqliyyat və infrastruktur nazirləri və 30 beynəlxalq təşkilatın rəhbəri dəvət olunub.
Tbilisidəki beynəlxalq konfransda Qafqaz regionunda avtomobil daşımaları müzakirə olunacaq

Gürcüstan, Tbilisi, 16 iyun /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Tbilisidə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının 6-cı konfransı (IRU`s 6th Euro-Asian Road Transport Conference) keçiriləcək. Konfransa 70 ölkədən nəqliyyat və infrastruktur nazirləri və 30 beynəlxalq təşkilatın rəhbəri dəvət olunub.

Konfransda Qafqaz regionunda nəqliyyat və Böyük İpək Yolu üzərindəki nəqliyyat infrastrukturlarının inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.

Konfransın məqsədi Avropa ilə Asiya arasında avtomobil daşımalarının inkişafı, Avrasiyada ticarət və yüklərin daşınması üzrə bəyannamənin qəbul edilməsidir.

Konfrans iyunun 17-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti