...

Azərbaycan və Rusiyanın nəqliyyat nazirləri Gömrük İttifaqı çərçivəsində sərhədlərdən keçmə prosedurunu müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2011 13:15 (UTC +04:00)
Bu gün Rusiya Nəqliyyat Nazirliyi Azərbaycan tərəfinə Rusiya, Belarus və Qazaxıstanın Gömrük İttifaqı sərhədlərində nəqliyyat nəzarəti işinə aid yeni texnologiyalarla bağlı təkliflərini təqdim edəcək.
Azərbaycan və Rusiyanın nəqliyyat nazirləri Gömrük İttifaqı çərçivəsində sərhədlərdən keçmə prosedurunu müzakirə edəcəklər

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir E.İsmayılov/

Bu gün Rusiya Nəqliyyat Nazirliyi Azərbaycan tərəfinə Rusiya, Belarus və Qazaxıstanın Gömrük İttifaqı sərhədlərində nəqliyyat nəzarəti işinə aid yeni texnologiyalarla bağlı təkliflərini təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda Rusiyanın nəqliyyat naziri İqor Levitin deyib.

Onun sözlərinə görə, texnologiyalar Rusiya, Belarus və Qazaxıstandan yükdaşımalar çərçivəsində Azərbaycan-Rusiya sərhədində bütün lazımi prosedurların keçilməsini nəzərdə tutur.

Belə texnologiyalardan artıq Belarusun Avropa İttifaqı və Qazaxıstanın Mərkəzi Asiya ölkələri ilə sərhədlərində istifadə edilir.

Levitinin dediyinə görə, Belarusun Avropa ilə sərhədində yük avtomobillərinin emalında yeni texnologiya tətbiq edilərkən kiçik problemlər yaranıb. Lakin bu məsələ Azərbaycan-Rusiya sərhədində olmayacaq", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti